Jirinovski Kapellonu qaralayıb
01 iyul 2014 21:55 (UTC +04:00)

Jirinovski Kapellonu qaralayıb

0

Rusiya siyasi səhnəsinin təlxəyi Vladimir Jirinovski bildirib ki, futbol üzrə ölkə yığmasının baş məşqçisi Fabio Kapellonu danışığa çağırmağı planlaşdırır.

 

 

Lent.az-ın “Sovetskiy sport”-a istinadən məlumatına görə, o, deyib: “Yığmanın oyunlarına mənfi üç verirəm. Bəla məşqçidədir. Bu, komandanı, hətta öz xarici görüşünü ilə qələbəyə aparan mütəxəssisə oxşamır. O, məktəb direktoruna bənzəyir. Onun gözlərindən od yağmalıdır. Qazzayevə (Vladimir Qazzayevi nəzərdə tutur - red.) baxın. Görün, necə enerrjilidir…”.

 

Jirinovski Kapelloda döyüş ruhunun olmadığını və onun istefasını tələb edəcəklərini vurğulayıb.

 

Xatırladaq ki, Rusiyanın futbol rəsmiləri Kapello ilə işləmək istədiklərini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1117

Oxşar yazılar