İtaliya KİV-inin "cihad ledisi" ləqəbi verdiyi Fatimə Əz Zara özünün katolik ailəsini Suriyada "İraq Şam İslam Dövləti" terror təşkilatına qoşulmağa razı sala bilib.
Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, məlumatı "İndependent" qəzeti yayıb.
Fatimə Əz Zara “Skype” ilə danışıqlarda İŞİD tərkibində həyatı "cənnət" kimi təqdim edib, ərzaq ehtiyatı, tibbi yardım və sərt davranış qaydaları barədə məlumat verib.
Polis Fatimə Əz Zaranın anası, atası və bacısını İtaliyanı tərk etməzdən əvvəl həbs edə bilib.