İtaliyada sperma və yumurta hüceyrələri donorluğuna yasaq ləğv edilir
10 aprel 2014 07:14 (UTC +04:00)

İtaliyada sperma və yumurta hüceyrələri donorluğuna yasaq ləğv edilir

İtaliyanın Konstitusiya Məhkəməsi sperma və yumurta hüceyrələrinin donorluğu ilə bağlı 10 il qüvvədə olmuş yasağı ləğv edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, ölkənin səhiyyə naziri Beatris Lorentsin bildirib ki, məsələ ilə bağlı parlament uyğun qanun qəbul etdikdən sonra donorluğa rəsmi icazə veriləcək.

 

Bununla belə ictimai fəallar qadağanın təcili olaraq aradan qaldırılmasını tələb ediblər.

 

Mənbə bildirib ki, 2012-ci ildə təxminən 4 mindən çox sonsuz cütlük reproduktiv müalicə almaq məqsədi ilə İtaliyadan xaricə gedib.

 

Sperma və yumurta hüceyrələrinə donorluq  Roma katolik kilsəsi tərəfindən 2004-cü ildən qadağan edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634
avatar

Oxşar yazılar