İtaliya bir neçə ölkədə səfirliklərini bağlayır
05 aprel 2014 03:09 (UTC +04:00)

İtaliya bir neçə ölkədə səfirliklərini bağlayır

İtaliya Nazirlər Şurası bir sıra dövlətlərdəki səfirliklərini bağlayır.

 

Lent.az-ın «Gazeta.ru»-ya istinadən məlumatına görə, bundan sonra ölkənin Honduras, İslandiya, Mavritaniya və Dominikan Respublikasında səfirliyi fəaliyyət göstərməyəcək.

 

Hökumət dövlət xərclərinin ixtisar edilməsi proqramı çərçivəsində bu qərarı qəbul edib.

 

Bundan başqa İtaliya UNESKO-dakı təmsilçiliyini də ləğv edib. Bu funksiyanı ölkənin Avropadakı təhlükəsizlik və əməkdaşlıq üzrə səfiri icra edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507
avatar

Oxşar yazılar