İsveçdə məscidlərin yandırılmasına qarşı etiraz
02 yanvar 2015 23:29 (UTC +04:00)

İsveçdə məscidlərin yandırılmasına qarşı etiraz

0

İsveçin paytaxtı Stokholmda mindən çox etirazçı ölkədə son zamanlar məscidlərə  törədilən hücumlara qarşı təşkil olunmuş yürüşdə iştirak edib.

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, “Mən məscidimə toxunmayın!” şüarı səsləndirən etirazçılar İsveç parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

 

Qeyd edək ki, ötən gün İsveçin şərqindəki Upsala şəhərində naməlum şəxslər İslam dini mərkəzin yerləşdiyi binaya “Molotov kokteyli” atıblar.

 

Bundan bir neçə gün əvvəl isə ölkədə naməlum şəxslər tərəfindən iki məscid yandırılıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar