Sierra Leone bayrağı altında üzən gəmi İstanbul boğazından keçərkən sükan çarxında baş vermiş texniki nasazlıq səbəbindən Kanlıcada bir villaya çırpılıb.
Lent.az-ın “report.az”-a istinadən verdiyi məlumata görə, qəza "Majed and Randy" adlı 106 metr uzunluğundakı gəminin boğazdan şimal-cənub istiqamətində keçidi zamanı baş verib. Nəticəndə villa və gəmiyə zərər dəyib.