İsrail KİV bildirib kimÖ rəsmi Təl-Əvivlə “HƏMAS” arasında atəşin dayandırılması ilə bağlı danışıqlar aparılıb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, yerli vaxtla axşam saatlarından etibarən Qəzza zolağından İsrail ərazisinin atəşə tutulması, eləcə də yəhudi dövlətinin Hərbi Hava Qüvvələrinin fəallığı azalıb.
“Əl-Cəzirə” telekanalının məlumatında bildirilib ki, tərəflər arasında atəşkəs iyulun 15-də yerli vaxtla saat 09.00-a qüvvəyə minəcək.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi iyulun 15-də Misirə planlaşdırılmayan səfər edəcək. Məlumata əsasən, o, Fələstin - İsrail münaqişəsinə həsr olunacaq. “HƏMAS”-la İsrail təmsilçisi arasında danışıqda Qahirə də vasitəçilik edəcək.