İsraildə “fahişələrin yürüşü” keçirilib
31 may 2014 07:43 (UTC +04:00)

İsraildə “fahişələrin yürüşü” keçirilib

Mayın 30-da İsralin nəzarəti altında olan Qüdsdə “Fahişələrin yürüşü” növbəti etiraz aksiyası keçirilib.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, tədbirdə onlarla insan iştirak edib. Mənbə xatırladıb ki, bu aksiya üçüncü ildir ardıca olaraq, keçirilir.

 

Yürüşçülər «cinsi zorakılığa» qarşı şüarlar söyləyib və zorlama qurbanlarının məsuliyyətə cəlb edilməsinin ləğvini istəyiblər.

 

Xatırladaq ki, mayın 9-da İsrailin paytaxtı Təl-Əvivdə bu tələblərlə aksiya keçirilib.

 

Ötən ildən fərqli olaraq, Təl-Əvivdə keçirilən aksiyada iştirakçıların bəzisi çılpaq və yarıçılpaq halda yürüşə qatılaraq, yoldan keçənlərin diqqətini cəlb etməyə çalışıb. Qüdsdə keçirilən tədbirdə isə onlar belə radikal addım atmayıb.

 

 

“Fahişələrin yürüşü” adlı aksiya  ilk dəfə olaraq, 2011-ci ildə keçirilib. Buna səbəb Toronto  polis zabitinin York universitetindəki çıxışı olub. Onda Tələbələr qarşısında çıxış edən zabit demişdi: “Siz fahişələr kimi geyinməsəniz, heç kim sizə ilişməz”.

 

Bir müddət sonra işlətdiyi ifadəyə görə o, universitetə yazılı üzrxahlıq məktubu da göndəribmiş.

 

“Yürüş”-ün təşkilatçıları bildirib ki, qadınların istədiklərini geyinmək haqqı var: “Biz xoşumuza gələni geyinir, özümüzü necə lazım biliriksə, o cür də aparırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2276

Oxşar yazılar

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36