İsrail hərbçiləri ötən gün onlara bıçaqla hücum edən iki fələstinlini güllələyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin məlumatında bildirilir.
Məlumata görə, insidentlərdən biri İordan çayının qərb sahilindəki Xevron şəhərində, digəri isə Qüdsdə nəzarət-buraxılış məntəqələrinin birində qeydə alınıb.
“Xevron yaxınlığında bıçaq xəsarəti alan sərhəd polisinin zabiti orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Cavab tədbiri nəticəsində bıçaqla silahlanmış fələstinli terrorçu hadisə yerində öldürülüb”, deyə polisin məlumatında bildirilir.
Digər fələstinli Qüdsdə nəzarət-buraxılış məntəqələrinin birinə hücum cəhdi zamanı öldürülüb. İnsident zamanı İsrail tərəfindən zərər çəkən olmayıb.