İspaniya Kataloniyanın müstəqilliyinə "yox" dedi
30 sentyabr 2014 11:20 (UTC +04:00)

İspaniya Kataloniyanın müstəqilliyinə "yox" dedi

Kataloniyada noyabrın 9-da keçiriləcək müstəqilliklə bağlı referendum təxirə salınıb. Lent.az-ın zaman.com.tr-yə istinadən verdiyi xəbərə görə, bu haqda İspaniya konstitusiya məhkəməsi yekdilliklə qərar qəbul edib. Məhkəmə referendumla bağlı qəti qərarını beş ay ərzində açıqlayacaq. Kataloniya hökuməti və parlamenti 15 gün ərzində qərardan apellyasiya şikayəti verə bilər.

 

Kataloniya hökumətinin başçısı Artur Mas rəsmi Madridi düşmən mövqe nümayiş etdirməkdə ittiham edib: “İspaniya konstitusiya məhkəməsini belə tezliklə qərar verməsinə görə qınayıram. Soruşmağa belə imkan vermirlər, çünki cavabdan qorxurlar”.

 

Katalon CUP (Candidatura d'Unitat Popular) təşkilatı konstitusiya məhkəməsinin qərarına itaətsizlik çağırışı edib.

 

Referendumun təxirə salınmasından sonra isə Barselona küçələrinə axışan 300 nəfər “Referendum: müstəqillik üçün itaət etmə!” yazılmış plakatlarla yürüş edib.

 

CUP-dan başqa Katalon Milli Assambleyası (ANC) sabah axşam yerli vaxtla 19.00-da bələdiyyə binasının qarşısına etiraz aksiyası təyin edib.

 

Referendumla bağlı qərar sentyabrın 19-da Kataloniya parlamentində qəbul edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673
avatar

Oxşar yazılar