İŞİD silahlıları İraqın Ənbar vilayətinin qərbində yerləşən Ər-Ratba, Əl-Qaim, Anə, Ravə şəhərlərindən olan 400 uşağı yığaraq həmin ölkədəki və Suriyadakı qərargahlarına aparıblar. Bu barədə Ənbar vilayəti məclis üzvü Fərhan Muhamməd xəbər verib.
O bildirib ki, İŞİD silahlıları nəzarət altında saxladıqları yerlərdəki bütün uşaqları terror aktlarında istifadə edə biləcəkləri barədə xəbərdarlıq da ediblər.
Uşaqların qaçırılması barədə xəbəri Diyala vilayəti polis idarəsi müdiri casim əs-Sadidi də təsdiqləyib. O da uşaqların Suriyaya keçirilərək, canlı bomba kimi hadisələrin mərkəzinə atıla biləcəyindən ehtiyat etdiyini dilə gətirib.