İŞİD silahlıları İraqda 16 nəfəri qətlə yetirib
07 dekabr 2014 01:19 (UTC +04:00)

İŞİD silahlıları İraqda 16 nəfəri qətlə yetirib

0

İŞİD silahlıları İraqın qərbindəki Anbar əyalətində 16 nəfəri qətlə yetirib.

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, öldürülən şəxslərin hamısı Albu Nimb sünni qəbiləsinin nümayəndələri olub. Qəbilənin başçısı bildirib ki, öldürülənlərin meyitləri Hit şəhərində quyuya atılıb.  

 

Qeyd edək ki, son bir neçə ay ərzində İŞİD silahlıları hökumət qüvvələrini dəstəkləyən Albu Nimb  qəbiləsinin qadın və uşaq olmaqla yüzlərlə üzvünü qətlə yetirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar