Bağdadinin arvadi qaçdı: İŞİD axtarışa başlayıb
28 fevral 2016 23:36 (UTC +04:00)

Bağdadinin arvadi qaçdı: İŞİD axtarışa başlayıb

0

İŞİD terrorçuları İraqda qruplaşmanın rəhbəri Əbubəkr əl-Bağdadinin arvadlarından birinin axtarışına başlayıblar. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə Əs-Sumariyə telekanalı xəbər yayıb.

Milliyyətcə alman olan Diana Kryuqer ölkənin şimalındakı Naynava əyalətində düşərgələrdən birindən naməlum şəraitdə yoxa çıxıb. O, özünün iki köməkçisi ilə birlikdə itkin düşüb.

Əl-Bağdadi xanımının yerini müəyyənləşdirmək üçün elit dəstələrdən birini ayırıb.

Xanım Kryuqerlə Bağdadinin toyu ötən ilin oktyabrında Naynavada ciddi məxfilik şəraitində keçirilib. Toydan sonra Diana Kryuqer İŞİD-in qadınlar üzrə şəriət məhkəməsinin sədri vəzifəsini icra edirmiş.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar