İraqda “xilafət dövləti” qurduğunu elan edən “İraq Şam İslam Dövləti” qruplaşması nəzarət altında saxladığı Mosulda məmurlara maşa verib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, təhlükəsizlik baxımından adının açıqlanmasının istəməyən Mosul bələdiyyəsinin işçisi deyib ki, maaşı İŞİD-in bürolarından birindən alıb.
İraq mərkəzi hökuməti isə ötən gün yaydığı açıqlamada bildirilmişdi ki, həmin bölgələr dövlətin nəzarətinə keçməyənədək məmurlara maaş verilməyəcək.
Mosuldakı məmurlar bildirib ki, İŞİD şəhəri ələ keçirəndən, iyunun 10-dan əmək haqqı almayıblar.