ABŞ-ın Hərbi-Hava Qüvvələri “İslam dövləti” (İŞİD) qruplaşmasının liderlərindən biri Əli Əl-Hərzini məhv edib.
APA-nın məlumatına görə, bu barədə ABŞ müdafiə nazirliyinin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, terrorçu iyunun 15-də İraqın Mosul şəhərində hava zərbəsi nəticəsində məhv edilib.
Açıqlamada qeyd olunur ki , Əli Əl-Hərzi 2012-ci ildə Liviyanın Benqazi şəhərindəki ABŞ diplomatik nümayəndəliyinə edilən hücumun iştirakçısı olub.
Xatırladaq ki, o zaman ABŞ-ın Tripolidəki səfiri Kristofer Stivens daxil olmaqla, 4 ABŞ vətəndaşı öldürülmüşdü.