İraqın şərqindəki Bani-Saad şəhərinin mərkəzi bazarında törədilmiş partlayış nəticəsində azı 100 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.
Qeyd edək ki, ötən gün Bani-Saad şəhərinin mərkəzi bazarında avtomobil partladılıb. Partlayış sakinlərin müqəddəs Ramazan bayramı ilə əlaqədar bazarda toplaşdığı an törədilib.
İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Məlumata görə, avtomobildə 3 ton partlayıcı maddə olub.