İŞİD “Ən-Nusra Cəbhəsi” liderinin başını kəsdi
22 iyun 2015 17:35 (UTC +04:00)

İŞİD “Ən-Nusra Cəbhəsi” liderinin başını kəsdi

İŞİD terrorçuları “Ən-Nusra Cəbhəsi” terror təşkilatının liderini edam edib. APA TV-nin məlumatına görə, edam olunan Abdi əl-Bara əl-İraqi bir müddət öncə Suriyanın Raqqa şəhəri ətrafında gedən döyüşlərdə ələ keçirilib.

 

İŞİD terror təşkilatı edamın görüntülərini yayıb. Edam Raqqaya bağlı Əl Naim qəsəbəsində həyata keçirilib. Əsir götürülmüş “Ən-Nüsra Cəbhəsi” lideri insanlarla dolu bir meydana gətirilərək diz çökdürülür, cəllad əvvəlcə iki dəfə əlindəki qılıncla kəsəcəyi yeri yoxladıqdan sonra əl-İraqinin başını kəsir.

 

Arasında uşaqların da olduğu yüzlərlə insan edamın ardından başı kəsilən cəsədin üstünə yürüyüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326
avatar

Oxşar yazılar