İŞİD-in “maarif naziri” öldürüldü
17 dekabr 2014 07:43 (UTC +04:00)

İŞİD-in “maarif naziri” öldürüldü

0

İŞİD-in İraqdakı mövqelərinə zərbələrin endirilməsi nəticəsində terror qruplaşmanın “maarif naziri” hesab edilən Misir əsilli Almaniya vətəndaşı Reda Zeyam öldürülüb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə NDR və WDR teleradio şirkətlərinin məlumatında bildirilir.

 

Məlumata görə,  54 yaşlı Zeyam uzun müddət Almaniyada yaşayıb, bu ölkədəki  sələfilər arasında böyük nüfuza malik olub və İŞİD-lə uzun müddət yaxından əməkdaşlıq edib.  Almaniya xüsusi xidmət orqanları məlumatı təsdiqləyib.

 

Məhz “Zül Karnayn” ləqəbi ilə tanınan Zeyamın təşəbbüsü ilə İŞİD İraq məktəblərində musiqi, coğrafiya, təsviri incəsənət və  ictimaiyyat fənlərinin tədrisini qadağan ediblər.

Zeyamın rəhbəri olduğu İŞİD-in “maarif nazirliyi” silahlıların nəzarətində olan Mosul şəhərinin  universitetində fəaliyyət göstərirmiş.       

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 447

Oxşar yazılar