Küveyt hakimiyyəti İŞİD terror qruplaşmasını maliyyələşdirən bir qrup ekstremistin saxlanıldığı barədə məlumat yayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qrupa Suriyanın 5 vətəndaşı, bir misirli, bir avstraliyalı və bir yerli sakin daxil olub.
Məlumata görə, saxlanılan şəxslər həmçinin İŞİD-i silah-sursatla təchiz ediblər.