Moskva Dövlət Beynəlxalq Münasibət İnstitutunun işdən çıxarılan professoru Andrey Zubov Çexiyanın Brno şəhərindəki Mazarika adına Universitetə işə dəvət edilib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, universitetin rektoru Mikulaş Bek bildirib ki, sovetlər dövründə dövləti tənqid etdikləri üçün çoxlu sayda çexiyalı müəllim və professorun karyerası dağıdılmışdı, bu üzdən Çexiyada Zubovun düşdüyü vəziyyət anlayışla qarşılanır.
Xatırladaq ki, martda Andrey Zubov «Vedmosti» qəzetində «Bu artıq olub» başlıqla yazısı ilə Rusiyanın Krımı özünə birləşdirməsinə qarşı çıxmış, yarımadaya Rusiya ordusunun yeridilməsini 1938-ci ildə Avstriyanın Üçüncü Reyxə birləşdirilməsi ilə eyniləşdirmişdi.
Taras Şevçenok adına Kiyev Milli Universitet də işdən çıxarılan professoru işlə təmin etməyə hazır olduğunu bildirib.