İrəvanı ienə kütləvi iğtişaşlar bürüdü
23 iyun 2015 21:41 (UTC +04:00)

İrəvanı ienə kütləvi iğtişaşlar bürüdü

Ermənistanın paytaxtı İrəvanda yenidən etirazlar aksiyası başlayıb. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, elektrik enerjisi tariflərinin artmasına etiraz edən aksiya  iştirakçıları  prezident sarayına yürüş edərək dövlət başçısından tariflərin artırılması barədə qərarın ləğv edilməsini tələb etmək niyyətindədirlər.

 

Etirazçılar Tumanyan küçəsi ilə yürüş edərək Baqramyan prospektinə çıxmağı planlaşdırırlar.   

 

Məlumata görə, Baqramyan prospektində artıq polis qüvvələri toplaşmağa başlayıb.

 

Qeyd edək ki, ötən gün analoji etirazlar zamanı polis və etirazçılar arasında qarşıdurma baş verib, 237 etirazçı saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260

Oxşar yazılar