İrəvandakı yürüşə cəmi 50 nəfər qatıldı
03 iyul 2015 23:55 (UTC +04:00)

İrəvandakı yürüşə cəmi 50 nəfər qatıldı

İrəvanın mərkəzində elektrik enerjisinin bahalaşmasına qarşı “Soyğunçuluğa yox!” hərəkatının təşkil etdiyi yürüşdə 50 nəfər iştirak edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şəhər sakinləri aksiyaya çox az maraq göstərib, bu səbəbdən yürüş planlaşdırıldığından bir saat gec start götürüb.     

 

Yürüş iştirakçıları “Ləğv olunsun! Ləğv olunsun!” şüarları səsləndirərək polisin müşayiəti ilə Şimal prospekti ilə hərəkət etməyə başlayıb.

 

Paralel olaraq Bağramyan prospektində də etiraz aksiyası keçirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar