Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan “Qalx, Ermənistan” hərəkatının fəalları fasiləsiz oturaq aksiyaya başlayaraq gecəni İrəvanın mərkəzi Respublika meydanında keçirəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə hərəkatın liderlərindən biri olan Andreas Qukasyan bilirib.
“Bizim vəzifəmiz şəhərin mərkəzində aksiyanın keçirilməsi mümkün olanadək polisi gərginlikdə saxlamaqdır”, deyə Qukasyan bildirib. “Biz polislə qarşıdurmaya getməməyə qərara gəldik, lakin mütəmadi olaraq vəziyyətin gərginləşdirilməsinə yönəldilən addımlar atacağıq”, deyə o bildirib. Fəalın sözlərinə görə, hazırda hərəkatın üzvləri Gümrü, Vanadzor, Talin və Aştarakda çağırışların əks olunduğu vərəqələr yayırlar. Analoji addım iyulun 30-da İrəvanda atılacaq.
Məlumata görə, 12 nəfərədək etirazçı 1940-91-ci illərdə Leninin heykəli yerləşdiyi ərazidə asfaltın üzərində yerləşərək oturaq aksiya keçirir. Polis məhz burada aksiyanın keçirilməsinə icazə verərək etirazçıları meydanın mərkəzinə buraxmayacağını bildiirb.
Piketin keçirildiyi ərazi polis qüvvələri tərəfindən mühasirəyə alınıb.