İrəvanda ABŞ vətəndaşının meyiti tapılıb
23 mart 2015 15:41 (UTC +04:00)

İrəvanda ABŞ vətəndaşının meyiti tapılıb

 Ermənistanın paytaxtı İrəvanda ABŞ vətəndaşının meyiti tapılıb.

 

APA-nın “Novosti Armenii” agentliyinə istinadən verdiyi məlumata görə, Ərazi İdarəetmə və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Şiraz küçəsi, 12 saylı evin mənzillərindən birinin sakininin qapını açmadığı və telefon zənglərinə cavab vermədiyi barədə xəbər daxil olub.

 

Hadisə yerinə cəlb olunan xilasedicilər qapını açdıqda, 61 yaşlı ABŞ vətəndaşının meyitini çarpayıda aşkar ediblər.

 

Ölümün səbəbləri hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar