Mayın 27-də İraq çeşidli bölgələrində baş vermiş terror aksiyaları nəticəsində 31 nəfər ölüb, 50-dən çox sakin yaralanıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Bağdadda məscidlərdən birində intiharçı - terrorçunun özünü partlatması nəticəsində 19 nəfər həyatının itirib.
Yerli hakimiyyət təmsilçisinin sözlərinə görə, bu hadisə şəhərin əş-Şurca rayonundakı məsciddə namaz vaxtı baş verib. Orada azı 34 nəfər yaralanıb.
BMT-nin məlumatına əsasən, ötən il terror olayları nəticəsində 9 minə yaxın dinc sakin ölüb.