İraqda seçkiqabağı terakt: 8 hərbçi öldürülüb
02 aprel 2014 02:07 (UTC +04:00)

İraqda seçkiqabağı terakt: 8 hərbçi öldürülüb

0

Seçkiqabağı kampaniyanın ilk günü İraqda yaraqlıların basqını nəticəsində 8 əsgər öldürülüb.

 

Lent.az-ın “RİA-Novosti”-yə istinadən məlumatına görə, olay Bağdaddan 130 km şimalda Tikrit şəhərində baş verib. Partlayıcı qurğu quraşdırılmış maşın hərbçilərin avtomobil karvanına çırpılıb. Nəticədə 5 əsgər həlak olub, 11-i yaralanıb.

 

Bir neçə saat sonra İraq paytaxtından 400 km şimalda yerləşən Mosuldakı Nəzarət – Keçid Məntəqəsi yaraqlılar tərəfindən atəş tutulub. Bu basqın nəticəsində isə 3 əsgər həlak olub.

 

Xatırladaq ki, aprelin 30-da İraqda parlament seçkilərinin keçiriləcəyi planlaşdırılıb. Həmin gün seçicilər 328 yerə deputat seçəcək. Seçkiqabağı kampaniya isə aprelin 1-dən başlayıb.

 

Mənbə qeyd edib ki, 2011-ci ildən, ABŞ ordusu İraqdan çıxandan sonra bu ilk parlament seçkisidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar