İraqda iyun ayı ərzində 1500-dək iraqlı döyüşlərin və terror aktlarının qurbanı olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, bu barədə BMT-nin İraqdakı missiyasının hesabatında bildirilir.
Məlumata görə, iyunda 1466 nəfər ölüb. Onlardan 665 nəfəri dinc sakin, 801 nəfəri isə güc strukturlarının əməkdaşlarıdır. Qeyd olunan müddət ərzində 1032 dinc sakin və 600-dən çox hərbçi yaralanıb.
İyunda ən çox – 324 ölüm faktı (650 yaralı) Bağdad əyalətində qeydə alınıb.