Aprelin 8-də İraqda baş vermiş ardıcıl partlayışlar və yaraqlıların basqını nəticəsində 15 nəfər həlak olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yaraqlılar Mosuldakı evlərdən birinə basqın edərək, oradakı bir ailənin 6 üzvünü qətlə yetiriblər.
Basqın edilən obyektlərdən biri isə Bağdaddan 150 km şimalda yerləşən Tuz-Hormat şəhərindəki Nəzarət Keçid Məntəqəsi olub. Hücum nəticəsində iki polis öldürülüb.
Bundan başqa Səlahəddin əyalətinin Bəyci və Tikrit şəhərləri də yaraqlıların basqınına məruz qalıb.