İraqda 130 İŞİD silahlısı məhv edildi
17 iyul 2015 04:43 (UTC +04:00)

İraqda 130 İŞİD silahlısı məhv edildi

İraqın hərbi aviasiyası Anbar əyalətində sutka ərzində 130 İŞİD qruplaşmasının silahlısını məhv edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İraqın Müdafiə nazirliyi açıqlama yayıb.

 

“Hərbi-Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Əl-Haldiyə şəhəri ətrafında 60 ekstremist, 14 nəqliyyat vasitəsi və 8 hərbi istehkam, Ər-Ramadi şəhərində isə 70 terrorçu məhv edilib”, məlumatda bildirilir.

 

Qeyd edək ki, iyulun 13-də İraqın hərbi komandanlığı İŞİD-in Anbar vilayətindəki mövqelərinə  doğru hücuma keçib. Keçirilən əməliyyatın əsas hədəfi terrorçuların nəzarəti altında olan  Ər-Ramadi və Əl-Faluca şəhərləridir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar