İraq ordusu “İslam dövlətini” vurdu: 100 ölü
30 sentyabr 2014 05:50 (UTC +04:00)

İraq ordusu “İslam dövlətini” vurdu: 100 ölü

İraqın təhlükəsizlik qüvvələri paytaxt Bağdaddan şimal-şərqdə yerləşən Diyala əyalətində 16 kəndi “İslam dövləti” qruplaşmasından azad edib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, İraq müdafiə nazirliyinin bəyanatına əsasən 100-dən çox yaraqlı məhv edilib.

 

“16 yaşayış məntəqəsi azad edilib, 100-dən çox terrorçu öldürülüb, 50-yə yaxın partlayıcı qurğu zərərsizləşdirilib”, sənəddə deyilir.

 

Evlərini tərk etmək məcburiiyyətində qalan 125 ailənin geri döndüyü bildirilir. Sentyabrın 29-da Iraqın hərbi təyarrələri Əl-Hilla şəhərinə hava zərbələri endiriblər. Nəticədə 5 hərbi düşərgə və 70 yaraqlı məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2139
avatar

Oxşar yazılar