Hərbi geyimli yaraqlılar İraq baş nazirinin müavini Saleh Mutlakın avtomobil kortejini atəşə tutub.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, hökumət bəyan edib ki, mühafizə xidmətinin bir əməkdaşı həlak olub.
Mənbə daha bir neçə nəfərin yaralandığını, Mutlakın isə xəsarət almadığını bildirib.
Silahlı basqın Bağdadın qərbində, Fəllucada olub.
Baş nazirin müavini mühasirədən sonra şəhərdəki vəziyyəti araşdırmaq üçün ora gedirmiş.
Xatırladaq ki, 3 həftədən sonra İraqda parlament seçkiləri keçiriləcək.