«İran və Ermənistan telekanalları arasında geniş spektrli birgə layihələr gerçəkləşdirilə bilər». Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, bunu Ermənistan teleradio şurasının sədri Qaqik Buniatyan deyib.
Tehranda İslam Respublikası ilə Ermənistan telekanalları arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Buniatyan deyib ki, iki ölkənin teleşirkətləri film, proqram mübadiləsi edəcək, birgə tarixi-mədəni seriallar çəkəcəklər.