“Schlumberger” neft şirkəti İran və Sudanla əməkdaşlıq etdiyinə görə 232,7 milyon dollar həcmində cərimə ödəyəcək.
APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Schlumberger” rəsmi olaraq adıçəkilən ölkələrdə fəaliyyət göstərə bilsə də, şirkətin Texas ştatındakı bölməsi bu hüquqa malik deyil.
Qeyd olunur ki, “Schlumberger”-in Texas bölməsi 2004-2010-cü illərdə İran və Sudanla əməkdaşlıq edib.