İranla bağlı növbəti görüş noyabrın 18-də keçiriləcək
12 noyabr 2014 00:42 (UTC +04:00)

İranla bağlı növbəti görüş noyabrın 18-də keçiriləcək

İranın nüvə proqramı üzrə növbəti danışıqlar noyabrın 18-də Vyanada keçiriləcək. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib.   

 

“Əlaqələndirici Ketrin Eşton və İran XİN rəhbəri Cavad Zərif arasında görüş hələ yekunlaşmayıb. Düşünürəm ki, noyabrın 18-dək hər-hansı əlavə təmaslar artıq olmayacaq və növbəti toplantı, planlaşdırıldığı kimi, noyabrın 18-də baş tutacaq”, deyə Ryabkov bildirib.

 

Bundan əvvəl Omanda keçirilən nüvə danışıqlarında kiçik irəliləyişə nail olunduğu bildirilmişdi. ABŞ prezidenti Barak Obama isə, öz növbəsində, tərəflər arasında dərin fikir ayrılığının olduğunu qeyd etmişdi.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424
avatar

Oxşar yazılar