İranda zəlzələ: 16 yaralı
16 oktyabr 2014 02:57 (UTC +04:00)

İranda zəlzələ: 16 yaralı

Oktyabrın 15-də İranın qərbində baş verən 5,5 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 16-ya çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri İraq ilə sərhəddə yerləşən Dəzful şəhərindən 59 km şimal-qərbdə, ocağı isə, dəqiqləşdirilmiş məlumata əsasən, 10 km dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində ən çox Abdanan və Dexloran şəhərlərinə ziyan dəyib, bir sıra binalar  zədələnib. Abdananda zərərçəkənlər üçün çadırlar qurulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739

Oxşar yazılar