İranda təyyarə qəzasında 7 nəfər öldü
12 oktyabr 2014 07:38 (UTC +04:00)

İranda təyyarə qəzasında 7 nəfər öldü

0

 İranın cənub-şərqindəki Zahedan şəhəri yaxınlığında polis təyyarəsi qəzaya uğrayıb, nəticədə 7 nəfər ölüb.

 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident ötən gün axşam saatlarında baş verib. Yüngül mühərrikli Turbo Commander təyyarəsi paytaxt Tehrandan havaya qalxıb. Təyyarənin göyərtəsində 3 nəfər ekipaj və istintaq idarəsinin rəisi daxil olmaqla, 4 sərnişin olub.

 

Xilasedicilər artıq qəza yerini aşkarlayıblar. Qəzanın səbəbləri müəyyənləşdirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 909

Oxşar yazılar