İranda avtobus qəzası baş verib.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında İranın Əlborz vilayətində, Kərəc-Tehran magistralında olub.
İçərisində 40-dək sərnişin olan avtobusun aşması nəticəsində 30-dan çox adam müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəyə avtobusun qabaq təkərlərindən birinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi səbəb olub.
Yaralılar təcili yardım maşınları və helikopterlərlə xəstəxanalara qaldırılıblar.