İranda "donuz qripi" epidemiyası nəticəsində 33 nəfər ölüb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari bildirib.
Onun sözlərinə görə, 28 nəfər Kirman, 5 nəfər isə Sistan-Bəlucistan əyalətində həyatını itirib. Digər əyalətlərdə də xəstəliyə yoluxanlar var.
"Səhiyyə Nazirliyi xəstəliyin yaxın günlərdə ölkədə daha da yayıla biləcəyindən narahatdır", deyə Səyyari vurğulayıb.