İranda “Charlie Hebdo”-nu dəstəkləyən qəzet bağlandı
18 yanvar 2015 05:55 (UTC +04:00)

İranda “Charlie Hebdo”-nu dəstəkləyən qəzet bağlandı

0

İran hakimiyyəti “Charlie Hebdo”-nu dəstəkləyən qəzetin bağlanmasına dair göstəriş verib. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, buna səbəb müxalifət yönümlü  “Mardom-e Emruz” qəzetində Fransa nəşrinə dəstək bildirən “Mən Çarliyəm” nişanı taxmış tanınmış aktyor Corc Kluninin şəklinin dərc edilməsi olub.

 

Qəzetin bağlanması haqqında məhkəmə qərarında amerikalı kinoaktyorun şəkli ədəbsiz adlandırılıb.  

 

“Charlie Hebdo” nəşrində Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsi İranda böyük narazılıq doğurub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar