İranın atom-nüvə problemi ilə bağlı iyunun 16-20-də Vyanada Tehran təmsilçiləri “altılıq” nümayəndələri ilə görüşəcək.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, bu tədbir öncəsi İslam Respublikasının xarici işlər naziri Məhəmmədcavad Zəriflə Avropa Birliyinin ali komissarı Ketrin Eşton arasında İstanbulda görüş keçiriləcək.
Mənbə bildirib ki, danışıqlar iki gün davam edəcək. Diplomatların mayın 26-da Bakı vaxtı ilə 22:00-da İranın İstanbuldakı Baş Konsullununun binasında işgüzar şam yeməyində bir araya gələcəyi gözlənilir.