APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın nüvə enerjisi məsələləri üzrə qurumunun rəhbəri Əli Əkbər Salehi bildirib.
“Məhz bu bənd danışıqların ən mürəkkəb məqamı idi, lakin İranın reaktorun modifikasiyası ilə bağlı təqdim etdiyi məntiqi texniki təklifləri sayəsində qarşı tərəfi inandırdıq ki, bu məsələ həllini tapıb”, deyə Salehi qeyd edib.
Bundan əvvəl ABŞ və Fransa İran ilə bağlı mövqelərini sərtləşdirmək niyyətində olduqlarını bildirmişdilər.