İran hakimiyyətində “WhatsApp” haqda fərqli qərar
07 may 2014 04:47 (UTC +04:00)

İran hakimiyyətində “WhatsApp” haqda fərqli qərar

İranın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi “WhatsApp” qısa mesaj xidmətinin şlkə ərazisində yasaqlanması ilə bağlı yayılmış xəbəri təkzib edib.

 

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, nazirlik bildirib ki, onların “WhatsApp” və başqa bu kimi əlavələrə yönəli siyasəti dəyişməyib.

 

Xatırladaq ki, internetlə bağlı cinayətlərə nəzarət komitəsinin katibi Əbdülsalam Hürrəmabadi bu haqda açıqlama verərək, “Facebook”-un “WhatsApp”-ı satın alması ilə əlaqədar bu əlavənin bağlandığını demişdi. O,  bildirmiş ki, bu mesaj sisteminin yasaqlanması həm də  onun amerikalı “sionist Mark Tsukerberg tərəfindən” hazırlanmasıdır.

 

Bu komitə 2009-cu ildə yaradılıb. Onun tərkibinə 6 nazirlik və daha 7 məmur daxildir. Quruma ölkənin baş prokuroru başçılıq edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1187
avatar

Oxşar yazılar