İngiltərənin “Financial Times” qəzeti üç gün sonra Türkiyədə keçiriləcək prezident seçiklərinin favoritini açıqlayıb. Lent.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, qəzet ilk dəfə Türkiyə əhalisinin səsiylə seçiləcək prezidentin Rəcəb Tayyip Ərdoğan olacağını yazıb.
Türkiyənin hazırki baş nazirin rəhbərliyi altında son 10 ildə sürətlə inkişaf etdiyini yazan “Financial Times” R.T.Ərdoğanın kasıbların və dindarların dəstəyi ilə qələbə qazanacağı qənaətindədir.