Mayın 12-ə keçən gecə İndoneziyanın şimal-qərb bölgəsində 5,3 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Şimali Molukka əyalətində, Halmahera adasından 40 km şimal-qərbdə, ocağı isə 120 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir, sunami təhlükəsi yoxdur.