İki gündür Kerri ilə Lavrov telefonla danışa bilmir
25 aprel 2014 03:01 (UTC +04:00)

İki gündür Kerri ilə Lavrov telefonla danışa bilmir

ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutmayıb.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilib.

 

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerri arasında aprelin 23 və 24-nə planlaşdırılan telefon danışığı Moskvadan asılı olmayan səbəb üzündən baş tutmayıb”-deyə, məlumatda bildirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956
avatar

Oxşar yazılar