II Yelizaveta 63-cü dəfə çıxış edib
05 iyun 2014 04:29 (UTC +04:00)

II Yelizaveta 63-cü dəfə çıxış edib

0

Britaniya kraliçası II Yelizaveta parlamentin növbəti sessiyasının açılışı mərasimində ənənəvi çıxışını edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, kraliça hökumət başçısı Devid Kemeronun başçılığı ilə hazırlanan bir sıra yeni qanunlardan danışıb.

 

Mənbə bildirib ki, 11 yeni qanun layihəsi hazırlanıb. Başlıca layihələr bunlardır – iqtisadiyyat və pensiya sistemində islahat, uşaqlı ailələrin sosial cəhətdən dəstəkləməsi, kibercinayətlərə qarşı uyğun mübarizənin sərtləşdirilməsi, pedofiliya və zorakılığa qarşı mübarizə haqqında.

 

Ziddiyyətli təkliflərdən biri şirkətlərə şist qazının hasilatı ilə bağlı icazənin verilməsidir. Həmin layihəyə əsasən, qaz quyusu qazan şirkətlər torpaq sahibindən icazə almayacaq.

 

Odur ki, parlamentdə bu məsələnin ciddi müzakirə səbəb olacağı bildirilib.

 

 

Mənbə xatırladıb ki, bu II Yelizavetanın parlamentdəki 63-cü çıxışıdır.

 

Ənənəvi çıxış bütünlükdə hökumət tərəfindən hazırlanır və təsdiqlənir. Kraliça onu sadəcə, olaraq, parlamentdə oxuyur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 746

Oxşar yazılar