Parisin “Pierre Berge & Associes” hərrac evi Adolf Hitlerin “Mayn Kampf” kitabını satışa çıxarmayacağını bildirib.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, bu haqda “le Fiqaro” qəzeti yazıb.
“Antisemitizmə qarşı mübarizə Fransa Milli Bürosunun təmsilçisi, seleksiyaçı Filipp Zummeroff hərracdan “Mayn Kampf”-ı geri götürməyi qərara alıb” - deyə, hərrac evinin təmsilçisi bildirib.
Satış mayın 16-da planlaşdırılıbmış. Kitabın başlanğıc qiyməti 3- 4 min avro elan olunub.
Bu ilin fevralın Hitler tərəfindən imzalanmış “Mayn Kampf” Los-Ancelosda İnternet-hərracda 65 min dollara satılıb.