Hindistanda iki qatar toqquşub: 40 sərnişin ölüb
26 may 2014 20:16 (UTC +04:00)

Hindistanda iki qatar toqquşub: 40 sərnişin ölüb

Hindistanın şimalında Uttar Pradeş əyalətinin Çureb dəmiryol stansiyası yaxınlığında yük qatarı sərnişin qatarı ilə toqquşub.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, olay nəticəsində 40 sərnişin ölüb, 130-dan çox sərnişin yaralanıb.

 

Mənbə bildirib ki, qəza yük qatarı sərnişin qatarının xətti ilə  hərəkət etməsi nəticəsində baş verib. Sərnişin qatarının 6 vaqonu relsdən çıxıb.

 

 

Bu gün Hindistanın yeni baş naziri Narendra Modi and içib. O, “tvitter” səhifəsində qəza ilə bağlı məsul şəxslərə uyğun göstəriş verdiyini yazıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553
avatar

Oxşar yazılar