Hindistanda hərbi təyyarə qəzaya uğradı: 2 ölü
08 may 2015 22:47 (UTC +04:00)

Hindistanda hərbi təyyarə qəzaya uğradı: 2 ölü

0

Hindistanda Mig-27 tipli qırıcı təyyarə qəzaya uğrayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Alipurduara şəhəri yaxınlığında baş verib.

 

Qəza nəticəsində 2 yerli sakin ölüb. Katapult edən təyyarənin pilotu isə yüngül xəsarətlərlə hospitala yerləşdirilib.

 

Rəsmi məlumatlara görə, 2011-2014-cü illərdə Hindistan Hərbi-Hava Qüvvələri qəzalar nəticəsində 30 təyyarə və helikopter itirib. Əsas səbəb kimi insan faktoru və uçaqların texniki nasazlığı göstərilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar