Hindistan-Pakistan sərhədində növbəti atışma: 5 ölü
05 yanvar 2015 21:28 (UTC +04:00)

Hindistan-Pakistan sərhədində növbəti atışma: 5 ölü

Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində 1 Hindistan və 4 Pakıstan hərbçisi həlak olub.

 

APA-nın BBC-yə  istinadən verdiyi xəbərə görə, insident Kəşmir ştatındakı nəzarət zolağında baş verib.

 

Tərəflər atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər. Üstəlik, Pakistan tərəfi atışmalar zamanı 2 dinc sakinin öldüyünü bildirir.

 

Qeyd edək ki,  son zamanlar mübahisəli Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166

Oxşar yazılar